Azərbaycan Lanzarot Konvensiyasını ratifikasiya etməyən Avropa Şurasına üzv olan 4 ölkədən biridir. Bu barədə təşkilatdan məlumat verilir.
“Norveç 13 iyun 2018-ci il tarixində bu Konvensiyanı ratifikasiya edib. Beləliklə, AŞ-yə üzv olan 47 ölkədən 43-ü tərəfindən Konvensiya ratifikasiya olunub. Yalnız 4 dövlət - Ermənistan, Azərbaycan, İrlandya və Böyük Britaniya əvvəlki kimi Lanzarot Konvensiyasının təklif etdiyi hüquqi müdafiənin xaricindədir. AŞ-nin baş katibi bu ölkələri Konvensiyanı ratifikasiya etməyə çağırır”, - məlumatda qeyd olunur.
Konvensiya 2007-ci ildə Avropa Şurası tərəfindən imzalanmağa təklif olunub. Konvensiyanı ratifikasiya edən dövlətlər bununla onun müddəalarının mili qanunvericiliyə daxil etməyi öhdəsinə götürüblər. Bu nəinki cinsi istismar və seksual xarakterli hərəkətlərdən zərər çəkmiş uşaqlar barədə məlumatların vahid məlumat bazasında toplanmasını, həm də yetkinlik yaşına çatmayan şəxslər arasında seksual təcavüzün “profilaktikası”nı, bu da ilk növbədə az yaşdan başlayaraq uşaqların seksual maarifləndirilməsini nəzərdə tutur. **
A.Əzizov