Bolqarıstan SOCAR-ın bu ölkənin qaz paylayıcı şəbəkəsinə sərmayələrində maraqlıdır.
“SOCAR üçün distribyutor olmaq sərfəli olardı, çünki şirkətin öz qazı var. Biz ümumilikdə SOCAR-ın ölkəmizdə qaz paylayıcı şəbəkəyə sərmayələrində maraqlıyıq”, - “İnterfaks-Azərbaycan” agentliyinə Bolqarıstan Energetika Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda Bolqarıstan əhalisinin yalnız 3-4%-i təbii qazıa birbaşa çıxışa malikdir.
“SOCAR distribyutorluğu sərfəli olacaq Bolqarıstanın bölgələrini özü müəyyən etməlidir. Hazırda birgə işçi qrupu bu məsələni öyərnir”, - o əlavə edib. **
A.Əzizov