Azərbaycan və Rusiya tərəfindən I mərhələdə dövlət sərhədinin 70 km.-lik hissəsinin demarkasiyasını həyata keçirilib. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına dair işlər davam edir. Birinci mərhələdə 70 km.-lik ərazidə işlər yekunlaşıb”, - X.Xələfov çərşənbə günü jurrnalistlərə bildirib.
Onun sözlərinə görə, ikinci mərhələdə 60 km.-lik ərazidə demarkasiya işlərinin aparılması planlaşdırılır.
X.Xələfov qeyd edib ki, Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiya prosesi passiv aparılır. “Lakin biz ümid edirik ki, Gürcüstan tərəfi bu prosesi aktivləşdirəcək. Biz həm ekspertlər, həm də komissiya səviyyəsində görüşlərə hazırıq”, - o bildirib.
Nazir müavini əlavə edib ki, Azərbaycan bu məsələ ilə bağlı “bütün zəruri mesajları” Gürcüstana ünvanlayıb və “biz Gürcüstan tərəfinin reaksiyasından asılı olaraq işlərin davam etdirilməsinə hazırıq”. **
F.İsazadə