Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən boya sexində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“Boya sexində yanğın baş verib. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir”, - deyə məlumatda bildirilir.
Yanğın məhdudlaşdırılıb.
“Ətraf ərazilərə təhlükə yoxdur. Daha sonra əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov