Maliyyə Bazarlarına Nəzarət Palatası Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) üzvlüyünə qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
“Bu il aprelin 27-də Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının Katibliyinə rəsmi qaydada müraciət etmiş MBNP IOSCO-nun idarə heyətinin qərarına əsasən 2018-ci ilin iyun ayından təşkilatın assosiativ üzvlüyünə qəbul edilib”, - Palatadan bildiriblər.
IOSCO-ya üzvlük ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlara uyğunluğunun göstəricisi olmasını nəzərə alaraq, Azərbaycana beynəlxalq investorların cəlbini mümkün edəcək.
Bu üzvlük Azərbaycanda beynəlxalq tənzimlənmə standartlarının tətbiqinə, qiymətli kağızlar bazarına nəzarət, investorların hüquqlarının müdafiəsi və bazarda şəffaflıq və səmərəliliyin təminatına imkan yaradacaq.
“IOSCO-nun üzvülüyün ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlarla razılaşdırılmasının göstəricisi olması faktını nəzərə alaraq, bu Azərbaycana beynəlxalq investorlar cəlb etməyə imkan yaradacaq. Bu isə, öz növbəsində qiymətli kağızlar bazarının inkişafına şərait yaradacaq”, - Palatadan qeyd ediblər. **
B.Rüstəmbəyov