Azərbaycan Mərkəzi Bankı iyunun 14-dən etibarən uçot dərəcəsini 11%-dən 10%-ə endirib. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
“AMB-nin İdarə Heyəti makroiqtisadi sabitlik və birrəqəmli inflyasiyanın möhkəmlənməsini nəzərə alaraq, uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi barədə qərar qəbul edib”, - E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 8%, yuxarı həddi isə 14%-dən 12%-dək endirilib.
Cari il AMB uçot dərəcəsini artıq üçüncü dəfə endirir: fevralın 12-dən 15%-dən 13%-dək, aprelin 9-dan 13%-dn 11%-dək endirilib.
E.Rüstəmov qeyd edib ki, uçot dərcəsinin 10%-dək endirilməsi barədə qərar bir sıra müsbət amillər nəzərə alınmaqla qəbl olunub - iqtisadi fəllığın artımı, ölkənin vülyuta ehtiyatlarının artımı, dövlət investisiyaları hesabına iqtisadi artımın stimullaşdırılması, ödəniş balansının müsbət dinamikasının qorunması.
O bildirib ki, AMB növbəti dəfə avqust ayında uçot dərəcəsinin təkrar baxılması məsələsini müzakirə edəcək. **
B.Rüstəmbəyov