2018-ci ilin yanvar-may aylarında Azərbaycanda ÜDM 1,1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ÜDM-nin nominal həcmi 29 mlrd. 294 mln. manat təşkil edib.
2018-ci ilin yanvar-may aylarında qeyri-neft sektorunda ÜDM 1,9% artıb, neft sektorunda isə artım qeydə alınmayıb.
Hesabat dövründə tikinti sektorunda azalma 11,2% təşkil edib.
2018-ci ilin yanvar-may aylarında ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 2,991 min manat (artım 0,2%) təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin artımını 1,5% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.*
A.Əzizov