2018-ci ilin yanvar-may aylarında Azərbaycanda neft hasilatının həcmi 16 mln. 132 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar-may aylarında neft hasilatı 16 mln. 132 min ton (artım 1,3%), o cümlədən əmtəə qazının hasilatı 16 mln. 110,3 min ton (artım 1,2%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə Azərbaycanda 11 mlrd. 810,6 mln. kubmetr qaz hasil olunub (2017-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 0,9%). Bununla belə, hesabat dövründə əmtəə qazının hasilatı 7 mlrd. 181,1 mln. kubmetr (azalma 8,2%) təşkil edib.
2017-ci ildə respublikada 38 mln. 688,9 min ton neft, 28 mlrd. 597,5 mln. kubmetr qaz hasil olunub.
Azərbaycan hökuməti 2018-ci ildə neft hasilatını 37 mln. 534,8 min ton, qaz hasilatını 30 mlrd. 498,3 mln. ton səviyyəsində proqnozlaşdırır.*
A.Əzizov