200 manatlıq əskinasın dövriyyəyəburaxılması, bəzilərinin təqdim etməyə çalışdığı kimi, devalvasiya yaratmayacaq. Bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“200 manatlıq əskinasın dövriyyəyəburaxılması devalvasiya barədə xəbər vermir. Təcrübə göstərir ki, iri nominallı əskinaslar əsasən biznes hesablaşmalarda istifadə olunur. Öncə iri nominallı əskinasın dövriyyəyəburaxılması əskinas çapı üçün xərclərin azalması deməkdir, həmçinin qarşılıqlı hesablaşmaları sadələşdirir”, - E.Rüstəmov qeyd edib.
O bildirib ki, bir ədəd 200 manatlıq əskinasın çapı iki ədəd 100 manatlıq əskinasın çapından 80% ucuzdur.
E.Rüstəmov o cümlədən məlumat verib ki, yeni əskinaslar əldə etmək istəyən banklar üçün heç bir məhdudiyyət yoxdur. “200 manatlıq əskinaslar əldə etmək istəyən banklar üçün komissiya 0,2%, 50 və 100 manatlıq əskinaslar üçün 0,1% təşkil edir. 200 manatlıq əskinaslar üçün bu cür yüksək komissiya onların üzərinə böyük yükün düşməməsi ilə şərtlənir”, - AMB-nin sədri deyib.
Xəbər verildiyi kimi, 2018-ci il mayın sonunda AMB 200 manatlıq əskinası dövriyyəyə buraxıb. **
B.Rüstəmbəyov