Azərbaycan ilə Gürcüstan sərhədində sərhəd keçid məntəqəsi inşa ediləcək. Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov bildirib.
“Yeni sərhəd keçid məntəqəsi Ağstafa rayonun Sadıxlı kəndinin ərazisində inşa olunacaq”, - S.Qaralov bu gün "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda jurnalistlər üçün keçirilən seminarda deyib.
Onun sözlərinə görə, yeni məntəqə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə inşa ediləcək.
“Yeni keçid məntəqəsi “Qırmızı Körpü” sərhəd keçid məntəqəsindəki sıxlığı 40% aradan qaldıracaq. Bundan əlavə, burada Azərbaycan və Gürcüstanın müvafiq strukturlarının birgə nəzarəti həyata keçiriləcək, bu da öz növbəsində sərhdi keçən şəxslərə daha sürətli xidmət olunmasına gətirəcək”, - S.Qaralov qeyd edib.
O əlavə edib ki, yeni sərhəd keçid məntəqəsindən həm piyadalar, həm də minik və yük avtomobilləri istifadə edəcəklər. **
F.İsazadə