Azərbaycan 2018-ci ilin yanvar-aprel aylarında 3 mlrd. 114,2 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 3,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $469 mln. 178,6 min (artım 10,4%) təşkil edib”, - məlumatda qeyd edilir.
Cari ilin yanvar-aprel aylarında sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $342 mln. 922,6 min dəyərində 1 mlrd. 893,2 mln. kubmetr qaz ixrac edilib.
2017-ci ildə Azərbaycan 8 mlrd. 859,7 mln. kubmetr təbii qaz ixrac edib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.**
A.Əzizov