2018-ci ilin I rübündə Azərbaycandan qeyri-neft məhsullarının ixrac həcmi $337,7 mln. təşkil edib ki, bu da ötən ilin göstəricisindən 33,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
"Tədiyə balansına əsasən, 2018-ci ilin I rübündə qeyri-neft sektoru üzrə ixracın həcmi $337,7 mln. təşkil edib və 2017-ci illə müqayisədə 33,2% artıb", - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-mart aylarında Azərbaycan $4,6 mlrd. dəyərində məhsul ixrac edib. Beləliklə, qeyri-neft ixracının payı 7,4% təşkil edib.
Azərbaycan 2017-ci ildə qeyri-neft məhsullarının ixracını 27% - $1,5 mlrd.-dək artırıb.*
A.Əzizov