2018-ci ilin yanvar-may aylarında Azərbaycanda 1 mlrd. 770,4 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2017-cı ilin analoji dövrünün göstəricisindən 8,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayları ərzində 1 mlrd. 462,7 mln. manat məbləğində heyvandarlıq, 302,7 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,5% artıb.
Bundan başqa, yanvar-may aylarında respublikada 195,3 min ton ət (artım 3,4%), 829,1 min ton süd (artım 1,4%), 741,8 mln. ədəd yumurta (artım 0,3%) istehsal edilib.
İyun ayının 1-nə kimi tarlalardan 71,7 min ton taxıl (artım 4,1 dəfə), 135,4 min kartof (artım 66,6%), 217 min ton tərəvəz (artım 56,2%), 13,1 min ton meyvə (artım 17,3%) yığılıb.
2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 6 mlrd. 580 mln. manat təşkil dir, bu da 2016-cı ilin göstəricisindən 4,2% çoxdur. **
B.Rüstəmbəyov