Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 776,6 min manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Verilən kreditlər heyvandarlıq, pambıqçılıq sahələrinin inkişafı, süd emalı müəssisələrinin yaradılmasını nəzərdə tutan layihələrin maliyyələşməsinə yönəldiləcək.
Bu layihələrin maliyyələşdirilməsi hesabına 60-dan artıq yeni iş yerinin açılması mümkün olacaq.
Cari ilin əvvəlindən Azərbaycanda fəaliyyət göstərən sahibkarlara SKMF-nin xətti ilə 72,6 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib.
Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara SKMF-nin xətti ilə 13,8 min investisiya layihəsinin maliyyələşdirilməsinə 570,3 mln. manat güzəştli kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsi ilə həyata keçirilir. 2017-ci ildə fondun xətti ilə sahibkarlara 146 mln. manat məbləğində güzəştli kredit verilib. 2018-ci ildə bu məbləğ ən azı 170 mln. manat təşkil edəcək.**
B.Rüstəmbəyov