2018-ci ilin yanvar-aprel aylarında Azərbaycana 128,9 min ton mineral gübrə idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 3,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-aprel aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $35 mln. 11,9 min (artım 3,2 dəfə) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $3,37 mln. dəyərində (artım 2,6 dəfə) 15 min 847,9 ton sement və sement klinkeri (artım 2,2 dəfə) idxal edilib.
Yanvar-aprel aylarında respublikaya $14 mln. 345,9 min dəyərində (artım 89,5%) 10 min 968,7 ton (artım 63,8%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $68 mln. 832,2 min dəyərində 96,305 min ton metalyayma məhsulu (artım 8,4%), $20 mln. 302 min dəyərində 33,333 min ton qara metaldan hazırlanan çubuqlar (artım 21,3%), $8 mln. 918,2 min dəyərində 9.84 min ton qara metaldan hazırlanan günyə (azalma 16,7%), $117 mln. 422,5 min dəyərində 60,323 min ton qara metaldan hazırlanan boru (artım 2,2 dəfə) idxal edilib.
B.Rüstəmbəyov