2018-ci ilin yanvar-may aylarında Azərbaycanda 224,6 mln. manat dəyərində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 40,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 mln. 292,4 min tonadək sement (artım 23,7%), 498,45 min tonadək hazır beton qarışığı (artım 2 dəfə), 7,777 min tonadək emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar (artım 1,9 dəfə), 11,9 min tonadək tikinti əhəngi (artım 28,8%) istehsal olunub.
Bu ilin yanvar-may aylarında tikinti gipsi istehsalında 66,5% - 14,4 min tonadək, betondan yığma tikinti konstruksiyalarının istehsalında 54,2% - 36,8 min kubmetrədək, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalında 27% - 33,5 min tonadək, asfalt istehsalında 4,2% - 63,9 min tonadək, tikinti kərpici istehsalında 8,3% - 99,6 min kubmetrədək azalma qeydə alınıb.*
B.Rüstəmbəyov