Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrə təmas xəttində düşmənin istənilən təxribatının qarşısını almağı əmr edib.
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”, - deyə o, iyunun 16-da Müdafiə Nazirliyində 2018-ci ilin qış tədris dövrünün yekunlarına dair geniş tərkibdə iclasda çıxışı zamanı bildirib.
Nazir döyüş hazırlığı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini, eləcə də düşmənin istənilən təxribatının qarşısının alınması və düşmənə layiqli zərbə endirilməsi məqsədilə 2018-ci ilin yay tədris dövründə qarşıda duran əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.
F.İsazadə