Cari il iyunun 18-dən 22-dək ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. Bu barədə təşkilatın saytında məlumat verilir.
“Hər üç ölkədə səfirlər ölkə rəhbərlikləri, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir”, - məlumatda qeyd olunur.
Səfirlər yerlədrə hər üç ölkdə real vəziyyətlə tanış olacaq və “səfər zamanı görüşdükləri hökumət və digər nümayəndələrə məlumatlar verə biləcəklər”. **
N.Abbasova