2018-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 650,8 mln. manat və ya ÜDM-in 0,9%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 8 mlrd. 245,2 mln. manat (ötən ilin yanvar-may ayları ilə müqayisədə artım 30,1%), xərcləri 7 mlrd. 594,4 mln. manat (artım 12,9%) təşkil edib”, - Komitədən qeyd olunub.
2018-ci ildə Azərbaycanın nominal ÜDM-i 69,4 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri 21 mlrd. 47 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 920 mln. manat və ya ÜDM-in 1,3%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Əzizov