Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çərşənbə günü Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib.
“İntrerfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, məşğələlərin mövzusu
“Mexanikləşdirilmiş tağım hücumda” olub.
Kursantlar tağım və manqa komandirləri rolunda çıxış edib, məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.
Məşğələlər zamanı müasir mina sahəsinin keçilməsi, döyüş düzülüşünün müxtəlif formalarının tətbiqi, şərti düşmənin aldadılması qaydaları, maskalanma və sair tapşırıqları nəzərdə tutan müasir ümumqoşun döyüşünün taktiki üsulları icra edilib.
Bundan başqa, Z.Həsənov snayperlərin hazırlığı mərkəzinin atış sahəsindəpraktiki atışların təşkili və icrasını izləyib.
Təlim nöqtələrində snayperlər hədəfin aşkar edilməsi, atəş mövqeyinin tutulması, maskalanma, sərrast atışla hədəfin məhv edilməsi və digər fəaliyyətləri icra edirlər.
O cümlədən, nazir motoatıcı, tank artilleriya bölmələrinin hazırlığınıizləyib.
Məşğələlərə cəlb edilmiş şəxsi heyət atəş və digər tapşırıqları yerinə yetirib.
Ali Hərbi Məktəbin 3-cü kurs kursantları məşğələlərə cəlb olunub. **
F.İsazadə