Azərbaycan ortamüddətli dövrdə sığorta yığımlarının ÜDM-də xüsusi çəkisini 1,4%-ə çatdırmağı planlaşdırır. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) icraçı direktoru İbrahim Alışov deyib.
"2017-ci ilin yekunları üzrə sığorta yığımlarının xüsusi çəkisi ÜDM-nin 0,8%-ni təşkil edib (qeyri-neft ÜDM-nin 1,3%-i). Məqsədimiz ortamüddətli dövrdə bu göstəriciləri ÜDM-də və qeyri-neft ÜDM-də müvafiq olaraq 1,4% və 8%-dək artırmaqdır", - deyə o, bu gün “Azərbaycanda sığorta: Yeni perspektivlər” adlı konfransda bildirib.
İcraçı direktorun sözlərinə görə, ortamüddətli perspektivdə sığorta sektorunda 1,6 min yeni iş yerinin açılması planlaşdırılır.
2017-ci ilin yekunları üzrə Azərbaycanda sığorta yığımları 556,9 mln. manat məbləğində olub.*
A.Əzizov