İyunun 26-da keçiriləcək hərbi paradda Azərbaycanın raket əleyhinə müdafiə sistemini nümayiş olunacaq. Bunu müdafiə naziri Zakir Həsənov deyib.
“Biz uzaq məsafəli raket artilleriya sistemlərinə malikik. Onlar düşmənin yerüstü və hava hədəflərini dəqiqliyi ilə məhv etməyə qadirdir. O cümlədən, paradda hava hücumundan müdafiə sistemi nümayiş etdiriləcək. Çoxları deyir ki, Azərbaycanda bu cür sistem ola bilməz. Lakin iyunun 26-da keçiriləcək paradda onu görəcəksiniz. Bu, alınan yeni silahlanmanın yalnız bir istiqamətidir”, - Z.Həsənov çərşənbə günü mətbuat konfransında bildirib.
Eyni zamanda, nazir söhbətin hansı müdafiə sistemindən getdityini dəqiqləşdirməyib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti ordunun real hərbi əməliyyata hazırlığını təmin etməyi tapşırıb. “Bir neçə ilə qarşımıza qoyulan vəzifəni tam başa çatdıracağıq”, - Z.Həsənov qeyd edib.
O vurğulayıb ki, bu, hərbi maşınların yenilənməsi, onların modernləşməsi, yeni artilleriya sistemlərinin alınmasına aiddir.
Nazir əlavə edib ki, Azərbaycan ordusu 90% avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz olunub. “Bu istiqamətdə böyük iş aparılır”, - Z.Həsənov deyib.**
F.İsazadə