Azərbaycan Ordusu erməni işğalı altında olan torpaqlarımızı azad etməyə hazırdır. Bunu müdafiə naziri Zakir Həsənov deyib.
"Məqsədimiz ordunu müharibəyə hazırlamaqdır. Siyasi danışıqlar bizim işimiz deyil. Bu gün Azərbaycan Ordusu həm də psixoloji cəhətdən torpaqlarımızı işğaldan azad etməyə hazırdır", - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda hərbçilərin 80%-i müqavilə əsasında çalışır. Onlar zabitlər, gizirlər və çavuşlardır. Hərbçilərin 15%-i isə əsgərlərdir. Bütün hərbi texnika müqavilə ilə çalışan və ən azı 5-6 il təcrübəsi olan hərbçilər tərəfindən idarə olunur. Zabitlər, gizirlər və çavuşlarla müqavilə bağlanır. Onlar ən azı 5 il işləyirlər.
Z.Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu ən yüksək səviyyədə təmin olunur. "Ən azı həftədə 3 dəfə milli yeməklərimiz əsgərlərin qida rasionuna daxil edilir. 1 ay ərzində 500 tondan çox ət istifadə olunur. Mən digər qida məhsullarından danışmıram", - deyə o əlavə edib.*
F.İsazadə