Azərbaycan döyüş meydanına daxil olmadan düşmənin 50 km-dək məsafədə hədəflərini məhv etməyə qadir olan vertolyotlar alıb. Bunu müdafiə naziri Zakir Həsənov deyib.
"Azərbaycan döyüş meydanına daxil olmadan düşmənin hədəflərini məhv edəcək vertolyotlar alıb. Bu vertolyotlar 10-15 km məsafədə atəş açmağa imkan verən sistemlərlə təchiz olunub”, – deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Ordusu iyunun 26-da keçiriləcək hərbi paradda ən yeni texnika və silahları nümayiş etdirəcək. "Bizim elə silahlarımız var ki, onları hələlik nümayiş etdirməyəcəyik, çünki onlar hələ sınaqdan keçirilməyib", - deyə Z.Həsənov əlavə edib.*
F.İsazadə