4 iyul tarixində Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilir.
“Konfransda Azərbaycan və Pakistan iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər iştirak edəcək”, - fonddan qeyd ediblər.
Tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli görüşlər keçiriləcək.
AZPROMO 2003-cü ildə təsis olunub. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.**
A.Əzizov