Azərbaycanın müdafiə naziri Zakir Həsənov bəyan edib ki, dövlət yalnız ən qabaqcıl silah növləri alır.
“Azərbaycanın istifadə olunmuş silah almasına dair məlumatlar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yayılır. Azərbaycan yalnız ən qabaqcıl silah alır - “Polonez” raket sistemləri, BMP-3, “Solntsepek”, “T-90” tankı”, - nazir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan ən müasir silah almaqda davam edəcək.
“Bundan əlavə, biz Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Nazirliyin məhsulları müasir tələblərə cavab verir. Onlar bizi hərbi sursat və zəruri silah komponentləri ilə təchiz edir”, - Z.Həsənov əlavə edib. **
F.İsazadə