2017-ci ilin yekunları üzrə “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin xalis zərəri $46,627 mln. təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 36,2% azdır.
Bu barədə QSC-nin 2017-cı il ərzində audit olunmuş maliyyə hesabatında deyilir.
Ötən il ərzində CQD-nin gəlirləri $126,703 mln. (artım 13,6%), satışların maya dəyəri $74,985 mln. (artım 7,2%), vergi ödənilənədək zərər $94,344 mln. təşkil edib.
Hesabata əsasən, ötən ilin sonuna QSC-nin aktivləri $11 mlrd. 87,769 mln. (artım 34,8%),o cümlədən qısamüddətli aktivləri $190,869 mln. (azalma 2,3 dəfə), uzunmüddətli aktivləri $10 mlrd. 896,9 mln. (artım 40,1%) təşkil edib.
2018-ci ilin əvvəlinə “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəlikləri $7 mlrd. 767,131 mln. (artım 47%), o cümlədən qısamüddətli öhdəlikləri $446,199 mln. (azalma 39,5%), uzunmüddətli öhdəlikləri $7 mlrd. 320,932 mln. (artım 61,1%) məbləğində olub.
2017-ci ilin sonuna QSC-nin kapitalı $3 mlrd. 320,638 mln.-a (artım 12,7%), həmçinin səhmdar kapitalı $2 mlrd. 415,8 mln.-a (artım 38,8%) bərabərdir. **
A.Əzizov