Azərbaycanın energetika naziri Pərviz Şabazov neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı neft bazarında böhrana imkan verilməməyi vacib hesab edir.
“Cari vəziyyətin ötən dövrdəki vəziyyətdən fərqli olması faktını nəzərə almaq lazımdır. Vəziyyət dəyişib, ümumi neft ehtiyatları azalır, son zamanlar mühüm dərəcədə azalır. Lakin, gələcəkdə böhran vəziyyətinin təkrar olunmamasını nəzərə almaq lazımdır. Düşünürəm ki, bütün bunları nəzərə alaraq Vyanada OPEC+ sazişinin yüngülləşdirilməsinə dair məsləhətləşmələr keçiriləcək”, - P.Şahbazov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, Vyanada görüşün yekunlarına dair hansı qərarın qəbul olunacağı məlum deyil, lakin “bu OPEC+ formatında öz əksini tapacaq”.
P.Şahbazov əlavə edib ki, nazirlər görüşü zamanı ötən dövr ərzində OPEC+ ilə sazişlərin reallaşdırılması çərçivəsində əldə olunan nailiyyətlər təhlil və müzakirə olunacaq, həmçinin “bu tendensiyanın (uğur - İF) qorunması” üçün tədbirlər görüləcək. **
N.Abbasova