İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunan hərbi paradda ABŞ-a məxsus Bell-412 helikopterləri nümayiş etdiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentlyinə hərbi mənbə məlumat verib.
“Bell-412 helikopterləri artıq silahlanmaya daxil edilib. Onlar hərbi paradda nümayiş etdiriləcək” - agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, bunlar Azərbaycan Ordusunun silahlanmasına daxil edilən ilk qeyri-Sovet/Rusiya istehsalı helikopterlərdir.
“Paradda Bell-412 ilə yanaşı Mi-24,Mi-24G, Mi-35M zərbə, Mi-17 hərbi-nəqliyyat və Ka-27 çoxməqsədli helikopterlər uçuş həyata keçirəcək”, - mənbə bildirib. **
F.İsazadə