2018-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 mlrd. 515 mln. 201,12 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $11 mlrd. 225 mln. 878,2 min təşkil edib. Yanvar-may aylarında ixracın həcmi $7 mlrd. 370 mln. 539,66 min, idxalın həcmi $3 mlrd. 855 mln. 338,54 min təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $7 mlrd. 266 mln. 952,17 min, ixracın həcmi $4 mlrd. 450 mln. 84,63 min, idxalın həcmi $2 mlrd. 816 mln. 867,54 min təşkil edib.
Beləliklə, 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 54,5%, ixrac 65,6%, idxal 38,9% artıb.
İxracın strukturunda 80,34% neftin, 3,63% neft məhsullarının, 6,77% təbii qazın, 0,72% elektrik enerjisinin, 2,57% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,07% bitki və heyvan mənşəli yağların, 0,13% qəndin, 0,08% spirtli və spirtsiz məhsulların, 0,32% kimya məhsullarının, 0,8% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,35% pambıq, 0,1% pambıq ipliyin, 0,38% qara metal və ondan hazırlanan məmulatların, 0,79% alüminium və ondan hazırlanan məmulatların, 2,9% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 14,25% ərzaq məhsullarının, 1,24% tütün və tütün məhsullarının, 0,12% sementin, 2,75% əczaçılıq məhsullarının, 3,61% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,9% odun və agac məhsullarının, 11,22% qara metal və ondan hazırlanan məmulatların, 23,94% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,68% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,14% mebelin, 30,15% digər məhsulların payına düşüb.
2018-ci ilin yanvar-may aylarında xarici ticarət əməliyyatlarında 4,765 min özəl və dövlət müəssisəsi və 5,806 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 160 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Bu dövrdə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 22,41%-i), İsrail (8,34%), Türkiyə (7,63%), Tayvan (5,82%), İndoneziya (5,26%), Kanada (4,76%) və Almaniya (4,41%), əsas idxal əməliyyatlarını isə Rusiya (17,36%), Türkiyə (15,75%), Çin (10,2%), Almaniya (7,61%) və ABŞ (4,84%) ilə həyata keçirib.*
N.Abbasova