Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov 21-22 iyun tarixlərində Minsk şəhərində keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
“Tədbir çərçivəsində E.Məmmədyarovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
F.İsazadə