2018-ci ilin yanvar-may aylarında Azərbaycan 11 mln. 779,766 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2018-ci ilin yanvar-may aylarında Azərbaycandan ixrac olunmuş $5 mlrd. 921 mln. 818,6 min dəyərində neftin bəyan edilmiş həcmi 11 mln. 779,766 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-may aylarında ixrac edilmiş $3 mlrd. 230 mln. 141,02 min məbləğində neftin bəyan edilmiş həcmi 8 mln. 72,518 min ton təşkil edib. Beləliklə, hesabat dövründə neft ixracı miqdar ifadəsində 45,9%, pul ifadəsində 83,3% artıb.*
N.Abbasova