2018-ci ilin yanvar-may aylarında gömrükdə Azərbaycandan bəyan olunmuş qaz həcminin ixracı 2 mlrd. 742 mln. 787,93 min kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar-may aylarında Azərbaycandan $498 mln. 842,45 min məbləğində bəyan olunmuş qazın ixracı 2 mlrd. 742 mln. 787,93 min kubmetr təşkil edib”, - Komitədən qeyd ediblər.
2018-ci ilin yanvar-may aylarında Azərbaycandan $515 mln. 144,36 min məbləğində bəyan olunmuş qazın ixracı 3 mlrd. 97 mln. 742,36 min kubmetr təşkil edib. Beləliklə, 2018-ci ilin hesabat dövründə qaz ixracı say ifadəsində 11,5%, pul ifadəsində 3,2% azalıb. **
N.Abbasova