Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunda avtomobil yolunun tikintisinə dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 5,4 mln. manatın ayrılmasını tapşırıb.
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisinə vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
Müvafiq sərəncam çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov