2018-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 20 mlrd. 753,7 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 9,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Cari ilin yanvar-may aylarının yekunları üzrə orta illik inflyasiya 3,2% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 8,3% - 2 min 119,1 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 19 mlrd. 81,6 mln. manat qalır ki, bu da 2017-ci ilin yanvar-may aylarının göstəricisindən 9,8% çoxdur.
2017-ci ildə əhalinin nominal pul gəlirləri 8,3% artıb.*
B.Rüstəmbəyov