2018-ci ilin yanvar-may aylarında Azərbaycan 1 mlrd. 129 mln. 801,54 min kVt/saat elektrik enerjisi ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 2,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
«2018-ci ilin yanvar-may aylarında Azərbaycandan $53 mln. 328,61 min dəyərində 1 mlrd. 129 mln. 801,54 min kVt/saat elektrik enerjisi ixrac olunub. 2017-ci ilin yanvar-may aylarında Azərbaycan $16 mln. 805,41 min məbləğində 393 mln. 413,39 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2018-ci ilin yanvar-may aylarında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 2,8 dəfə, dəyər ifadəsində 3,2 dəfə artıb”, - deyə məlumatda bildirilir.
Hazırda Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.
2017-ci ildə Azərbaycan $50 mln. 968,96 min dəyərində 1 mlrd. 160 mln. 196,03 min kVt/saat elektrik enerjisi ixrac edib.*
B.Rüstəmbəyov