Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunda biznes strukturları maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
Xüsuisilə, SKMF tərəvəzçilik, intensiv bağçılıq üzrə təsərrüfatlarının, cins mal-qara yetişdirilməsi, iri fermer təsərrüfatları, meyvə-tərəvəz emalı üzrə müəssisələrinin, yaşıl marketin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Ağcabədi rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.**
B.Rüstəmbəyov