Azərbaycan hökuməti 2018-ci ildə müdafiə xərclərini 6,1% - 2 mlrd. 905,2 mln. manatadək ($1,709 mlrd.) artırmağı planlaşdırır.
Maliyyə Nazirliyi parlamentə təqdim edilmiş 2018-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin mətnini dərc edib.
2018-ci il üçün müdafiə xərcləri 2 mlrd. 738,7 mln. manat ($1,611 mlrd.) məbləğində təsdiq edilmişdi.
Dəyişikliklərin mətninə əsasən, müdafiə xərclərinin strukturunda 1 mlrd. 384 mln. manatın (daha əvvəl təsdiqlənmiş məbləğlə müqayisədə artım 1,3%) Silahlı Qüvvələrin, 1 mlrd. 388,1 mln. manatın (artım 10,3%) digər xərclərin, 130,3 mln. manatın (artım 16,7%) milli təhlükəsizlik orqanlarının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.
2017-ci il dövlət büdcəsində müdafiə xərcləri 2 mlrd. 621,2 mln. manat ($1,541 mlrd.) təşkil edib.
Parlamentin profil komitəsi iyunun 22-də keçiriləcək iclasda dəyişikliklər layihəsini müzakirə edəcək. Sənədin parlamentin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirə olunması nəzərdə tutulur.*
A.Əzizov