“Amrahbank” ASC Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun agent bankı oldu.
Fondun saytında verilən məlumata görə, agent bankların ümumi sayı 20-ə çatıb.
Hazırda Azərbaycanda 30 bank fəaliyyət lisenziyasına malikdir.
“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki və 1 hüquqi şəxsdir (Beynəlxalq İnvestisiya Bankı). ASC-nin səhm nəzarət paketi (53,17%) fiziki şəxs Yunis İldırımzadəyə məxsusdur.
Prezident İlham Əliyev dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASCnin ləğv edilməsi və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 466 mln. manata bərabərdir.
Fond aşağıdakı vəzifələri yerinə yetirir: ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir; ipoteka kreditləri üzrə təminatlar, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminatlar verir; sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verir; “Elektron ipoteka” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.
Şərtlərə əsasən, fond 30 mindən 3 mln. manatadək məbləğində kreditlərə zəmanət verə bilər. Eyni zamanda, kreditin müddəti 7 ildən artıq olmamalıdır. Kredit üzrə güzəştli dövr 2 ildən artıq olmamalıdır. **
A.Əzizov