Yanvar-may aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 5,8% - 715,9 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 81,1 % özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72,1%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 516,2 mln. manatlıq xidmət göstərilib (artım 6%).
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 48,8%-i və ya 349,6 mln. manat (artım 7%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.**
N.Abbasova