2017-ci ildə “SOCAR Petroleum SA Romania” şirkətinin (SOCAR-ın Rumıniyadakı törəməsi) dövriyyəsi 2016-cı illə müqayisədə 28% - 731 mln. leyə qədər ($180,8 mln.) artıb. Bu barədə Rumıniya mətbuatı məlumat verir.
“SOCAR Petroleum SA Romania” 2017-ci ilin 731 mln. ley həcmində dövriyyə ilə başa vurub, bu da 2016-cı ilin göstəricisindən 28% çoxdur. Eyni zamanda, şirkət ilk dəfə bu cür vacib artım nümayiş etdirib və Rumıniyanın ən iri neft şirkətlərinin onluğuna daxildir”, - nəşrlər qeyd edirlər.
Hazırda Rumıniyanın 18 regionunda “SOCAR” brendi ilə 39 YDM fəaliyyət göstərir.
SOCAR Rumıniyada fəaliyyətə 2011-ci ildə başlayıb. 1 yanvar 2018-ci il tarixinə olan vəziyyətə göre, SOCAR bu ölkədə öz YDM şəbəkəsinin yaradılmasına və genişləndirilməsinə $76,6 mln. investisiya yatırıb. **
**
N.Abbasova