Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 423 min manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Verilən kreditlər heyvandarlıq, quşçuluq, kartofçuluq, üzümçülük və s. sahələrinin inkişafını nəzərdə tutan layihələrin maliyyələşməsinə yönəldiləcək.
Bu layihələrin maliyyələşdirilməsi hesabına 40-dan artıq yeni iş yerinin açılması mümkün olacaq.
Ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara SKMF-nin xətti ilə 6,8 min investisiya layihəsinin maliyyələşdirilməsinə 258,5 mln. manat güzəştli kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsi ilə həyata keçirilir. 2017-ci ildə fondun xətti ilə sahibkarlara 146 mln. manat məbləğində güzəştli kredit verilib. 2018-ci ildə bu məbləğ ən azı 170 mln. manat təşkil edəcək.**
B.Rüstəmbəyov