Fındıq istehsalı sahəsində fəaliyyət göstərən 10-dan çox Azərbaycan şirkəti öz məhsullarını İsveçrədə təqdim edəcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
““Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası iyunun 25-29 tarixlərində İsveçrəyə təşkil olunacaq. İxrac missiyasına müsabiqə əsasında seçilmiş fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxildir”, - deyə məlumatda bildirilir.
Missiya çərçivəsində Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur.*
B.Rüstəmbəyov