Azərbaycan prezidenti İlham Əliyev şimal-qərb bölgəsində avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Avtomobil Yolları Dövlət Agentliyinə 13,7 mln. manat vəsaitin ayrılmasını tapşırıb.
Ümumi uzunluğu 22 kilometr olan Dəmirçi–Lahıc avtomobil yolu Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə