2019-cu ildə Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Ticarət Evi Bakı küçəsində Azərbaycan İşgüzar Mərkəzin yanında yerləşəcək.
Azərbaycan İşgüzar Mərkəzinin direktoru Regina Fayzullayevanın sözlərinə görə, nar şərabı, konyak, təbii kompotlar, tekstil və kosmetika alışı Həştərxan sakinlərində daha çox maraq oyadıb.
Öz növbəsində qubernator Aleksandr Jilkin əmindir ki, Azərbaycan mallarına nəinki həştərxanlılar, həm də turistlər arasında yüksək tələbat olacaq.
2017-ci il ərzində Həştərxan vilayəti və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 4 dəfə - $16 mln.-a qədər artıb. Həştərxandan Azərbaycan bazarına gəmi və ehtiyat hissələri, balıq məhsulları tədarük edilir. Azərbaycandan Həştərxana qara metaldan məmulatlar, nəqliyyat gətirilir. **
A.Əzizov