Neftin bir barelinin baza qiymətinin $55-dək artırılması nəticəsində Dövlət Neft Fonduna (ARDNF) əlavə daxilolmaların həcmi 5,6 mln. manat ($3,3 mlrd.-a yaxın) təşkil edəcək. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“2018-ci il dövlət büdcəsinə düzəlişlər layihəsində neftin bir barelinin baza qiymətinin $45-dən $55-dək artırılması nəzərdə tutulur. Bu, ARDNF-nin gəlirlərinə də təsir göstərəcək. Xüsusilə, nəticədə ARDNF-nin əlavə gəlirləri 5,6 mlrd. manat səviyyəsində qiymətləndirilir”, - S.Şərifov cümə günü Mili Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, düzəlişlər həmçinin ARDNF-dan dövlət büdcəsinə transfertlərin həcminin artırılmasını nəzərdə tutur. Xüsusilə, transfertlərin həcmi 1 mlrd. 750 mln. manat və ya 19% - 10 mlrd. 966 mln. manatadək artacaq.
Xəbər verildiyi kimi, 2018-ci ilə ARDNF-nin gəlirləri 11 mlrd. 559 mln. 956,2 min manat, xərcləri 9 mlrd. 730 mln. 221,8 min manat həcmində təsdiq olunub. **
B.Rüstəmbəyov