Azərbaycan “Azərbaycan Kənd İnvestisiya Layihəsi”nin 3-cü mərhələsinin (AzRIP-3) reallaşdırılmasına dair Dünya Bankının kreditindən imtina etmək niyyətindədir. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Kənd investisiyalarına dair layihə vacidbir və biz onu davam etdirəcəyik. Sadəcə olaraq Dünya Bankının kreditindən imtina etmək və onun daxili vəsait hesabına reallaşdırmaq niyyətindəyik”, - S.Şərifov cümə günü bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti daha balanslaşdırılmış kredit siyasəti yürütmək niyyətindədir. “Bu layihəyə əsasən tikinti və abadlıq işləri daxildir və xaricdən avadanlıq və materialların gətirilməsini tələb etmir”, - nazir vurğulayıb.
Xəbər verildiyi kimi, DB AzRIP-3 layihəsinin reallaşdırılması üçün Azərbaycana $90 mın. məbləğində kredit aylırmağı planlaşdırıb. **
B.Rüstəmbəyov