“Xəzər beşliyi” (Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan) Xəzər dənizində üçüncü ölkələrin hərbi qüvvələrinin iştirakının mümkün olmamasına dair razılığa gəlib. Bu barədə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsinin mətnində deyilir.
Həmçinin Konvensiyada “Xəzər dənizində Tərəflərin silahlarının balansının sabitliyinin təminatı, bütün Tərəflərin maraqları nəzərə alınmaqla məntiqə uyğun kifayətliliyi çərçivəsində hərbi quruculuğun həyata keçirilməsi, bir-birinin təhlükəsizliyinə zərər yetirilməməsi” prinsipi nəzərdə tutulur.
Bundan əlavə, “beşliyin” fəaliyyəti “Xəzər dənizində, keçidin (çıxmağın) yalnız Tərəflərin hər birinin bayrağı altında gəmilərlə üzmə” prinsipi əsasında həyata keçirilməlidir.
Konvensiya layihəsi RF hökumətinin qərarı ilə təsdiq olunub və imzalanması üçün Rusiya prezidentinə təqdim edilib. **