Xəzəryanı beş dövlət (Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran) Xəzər dənizinin ekoloji sisteminə vurulan zərərə görə məsuliyyət daşıyır.
RF hökumətinin təsdiq etdiyi Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsində buna dair müddəa öz əksini tapıb.
Sənəddə deyilir ki, Xəzəryanı dövlətlər “Xəzər dənizinin ekoloji sistemini və onun bütün komponentlərini müdafiə etmək və qorumağı öz öhdəsinə götürürlər”.
Xəzər dənizinin bioloji müxtəlifliyinə zərər vuran fəaliyyət sənədlə qadağan olunur.
“Tərəflər beynəlxalq hüquq normalarına əsasən Xəzər dənizinin ekoloji sisteminə vurulan zərərə görə məsuliyyət daşıyırlar”, - layihədə vurğulanır. **