Azərbaycan prezidenti İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinə şimal-qərb bölgəsində avtomobil yolunun tikintisinə dövlət büdcəsindən 8,9 mln. manat ayırmağı tapşırıb.
Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolu doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə günü dövlət başçısının saytında dərc olunub. **
N.Abbasova